Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Meqa Sığorta” ASC-nin son bir il ərzində yığımları azalaraq şirkət bir az da kiçilib.
FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-mart ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin birinci rübü ərzində 7,047 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,317 mln. manat və ya 4,30% az olub.