Meqa Sığorta Qrupunun əməkdaşları arasında “Sığorta Olimpiadası” baş tutdu.
Olimpiadanın başlıca məqsədi əməkdaşların bilik və bacarıqlarını nümayiş etdirilməsi, həmfikir insanların əhatəsində vaxtın keçirilməsi, təlim ehtiyaclarının müəyyən edilməsi, eyni zamanda əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsindən ibarətdir.
Olimpiadanın yekununda isə fərqlənən iştirakçılar sertifikatlarla təltif edilib, dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Qalibləri ürəkdən təbrik edir, olimpiadada böyük ruh yüksəkliyi ilə iştirak edən bütün iştirakçılara təşəkkür edirik!