Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Meqa Sığorta" ASC sosial məsuliyyətli sığortaçılıq prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. FED.az xəbər verir ki, bu məqsədlə, “Meqa Sığorta" ASC Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 (Bir yüz min) manat məbləğində vəsait köçürmüşdür.
Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən Meqa Sığorta Şirkəti bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır. Biz əminik ki, birlikdə lazımi tədbirlərə, eləcə də, ən əsası, ölkə Prezidentinin və dövlət rəsmilərinin tapşırıqlarına riayət edərək, xalqımız COVİD-19-la aparılan mübarizədə qalib gələcək!
Xatırladaq ki, "Meqa Sığorta" ASC 2010-cu ilin oktyabr ayından fəaliyyətə başlayıb. Şirkət korporativ və fərdi müştərilərə 30 növ könüllü və 3 icbari sığorta növləri üzrə xidmət göstərir.