“Meqa Sığorta” tikinti-quraşdırma risklərindən (CAR/EAR insurance) kompleks şəkildə sığortalanmış müştərisinə iri həcmli sığorta ödənişi edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən FED.az-a verilən məlumata görə, sığortalı tərəfindən müəssisədə modernizasiya və yenidənqurma işləri həyata keçirilən zaman quraşdırılan avadanlıqda defekt aşkar olunmuş və nəticədə avadanlığın istifadəsi mümkünsüz olmuşdur. Sığorta hadisəsinin araşdırılması üçün mütəxəssislər də cəlb edilmiş və sığortalıya dəymiş zərərin kompensasiyası üçün 507 780 manat məbləğində sığorta ödənişi edilmişdir.
Verilən məlumata əsasən, sözü gedən risk Lloyds, Allianz, AIG və digər “A” reytinqli təkrarsığorta şirkətlərində təkrarsığorta edilmiş və uğurlu təkrarsığorta müdafiəsi sayəsində zərərin böyük hissəsi təkrarsığorta partnyorları tərəfindən qarşılanmışdır.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.