“Meqa Sığorta” ASC-nin son bir il ərzində yığmlarında, o cümlədən satışlarında kəskin azalma tendensiyası davam edib.
FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət 9 ay ərzində 16,757 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 1,752 mln. manat və ya 9,5% az olub.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən 4,811 mln. manat sığorta ödənişi edilib.
Xatırladaq ki, ötən ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankın sığorta şirkətləri üzrə açıqladığı dövrü hesabatlarda “Meqa Sığota” şirkətinin yığım üzrə göstəricilərində artım qeydə alınmır.