Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi əməkdaşları üçün könüllü tibbi sığorta xidmətinin satın alınması tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, Dövlət satınalmalarının vahid internet portalına əsasən sorğunun qalibi "Meqa Sığorta" ASC-dir.
Könüllü tibbi sığorta xidməti çərçivəsində Dövlət İmtahan Mərkəzində çalışan 680 nəfər əməkdaşın hər biri 15 000 manat məbləğində sığortalanacaq.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.