“Meqa Sığorta”nın yığımları və ödənişləri azalıb.
FED.az xəbər verir ki, bu ilin 10 ayı ərzində sığorta şirkətinin yığımları 19 milyon 778 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 192 min manat və ya 13,89% azdır.
Eləcə də bax:"Günay Sığorta"da - DEQREDASİYA
2018-ci ilin yanvar-oktyabr ayaları ərzində “Meqa Sığorta” müştərilərinə 2 milyon 763 min sığorta ödənişi verib. Bu il isə əksinə şirkətin yığımlarının azalmasına baxmayaraq ödənişləri artıb. Belə ki, ötən ilin 10 ayı ilə müqayisədə sığorta şirkəti bu il 3 milyon 711 min manat sığorta ödənişi verib ki, bu da 2018-ci illə müqayisədə 947 min manat və ya 34,28% çoxdur.