Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan "Meqa Sığorta" ASC "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin (ASA) Müşahidə Şurasının üzvü seçilib.
FED.az xəbər verir ki, qurumun təsisçilərinin ümumi yığıncağı keçirilib və namizədliyi irəli sürülən şirkət səsverməyə çıxarılıb. Nəticəsə "Meqa Sığorta" ASC Birliyin təsisçiləri tərəfindən yekdilliklə dəstəklənərək Birliyin Müşahidə Şurasının üzvü seçilib.
"Meqa Sığorta" ötən ili uğurla başa vurdu - YIĞIM VƏ ÖDƏNİŞLƏR SÜRƏTLƏ ARTIR
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.