Azərbaycanda həyatın (yığım tərkibli) yaşam sığortası məhsulunu bazarda fəaliyyət göstərən ixsisaslaşmış bir neçə həyat sığortası şirkətləri (“Meqa Həyat”, “Xalq Həyat”, “Qala Həyat”, “Atəşgah Həyat” və “Paşa Həyat”) təklif edir. Müştərini maraqlandıran ən başlıca məsələ isə məhsulun gəlirliyidir. Müştərilərə daha düzgün seçim etmək üçün FED.az tərəfindən aparılan araşdırmanı təqdim edirik.
Bu məhsula qoşulmaq üçün hansı həyat sığortası şirkəti daha sərfəli və gəlirlidir?
Həyatın yaşam sığortası məhsulu üzrə şirkətlərin rəsmi veb səhifələrində tətbiq etdiyi kalkulyator əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, “Meqa Həyat” sığorta şirkəti bazarda bu növ üzrə ən yüksək gəlir təklif edir.
Belə ki, “Meqa Həyat” sığorta şirkətinin rəsmi veb səhifəsində həyatın yaşam üzrə kalkulyatorda (https://my.megalife.az/login) 40 yaşında bir vətəndaş 1126 manat qross əmək haqqı ilə bu məhsula qoşularsa 36 aylıq müddətin sonunda 22,097 min manat vəsait əldə edəcək.
“Paşa Həyat” sığorta şirkətinin rəsmi səhifəsindəki kalkulyatora eyni göstəriciləri əlavə etdikdə vətəndaşın alacağı məbləğ 21,363 min manat təşkil edir;
Xalq Həyat sığorta şirkətinin kalkulyatorunda 21,589 min manat qeyd olunur.
“Atəşgah Həyat” sığorta şirkəti (https://www.ateshgah-life.com/product/heyatin-yigim-sigortasi) müasir İT imkanlarından mərhum olaraq rəsmi səhifəsində kalkulyator tətbiqi yaratmayıb. Həyatın yaşam sığortası məhsulu ilə bağlı yalnız ümumi şərtlər qeyd olunub.
“Qala Həyat” sığorta şirkəti https://qala.az/products/insurance_product_capital/ isə anderrayter peşəkarlığından tam yararlana bilməyərək avtomatik hesablama aparmağa risk etməyib. Şirkət yaratdığı kalkulyator yalnız vətəndaş barədə şirkətə məlumat göndərməkdən ibarətdir. Məlumatlar xanaya əlavə edillərək göndərildikdən sonra şikət tərəfindən müştəriyə cavab veriləcəyi mətn dərc olunub.
Qeyd edək ki, həyatın yaşam sığortasına qoşulmaq üçün minimal məbləğ 50 manat (gross), maksimal məbləğ isə aylıq gəlirinizin (gross gəlir) 50 %-i həcmində qoşula bilərsiniz.