“Meqa Həyat Sığorta” ilk 9 ayda 12 milyon 340 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 5 milyon 399 min manat (77,8%) artaraq bazar üzrə ən yüksək artım tempini göstərib. Ötən il yığımlar 6 milyon 941 min manat idi.
Ödənişlər isə illik müqayisədə 3 milyon 147 min manat artaraq 5,5 dəfəlik inanılmaz bir artımla 3 milyon 850 min manat olub. Ötən il müştərilərə cəmi 703 min manat ödəniş edilib.














