"Meqa Həyat Sığorta” ilk 8 ayda 10 milyon 849 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 4 milyon 801 min manat (79,4%) artaraq bazar üzrə ən yüksək artım tempini göstərib. Ötən il yığımlar 6 milyon 48 min manat idi.
Ödənişlər isə illik müqayisədə 2 milyon 852 min manat artaraq 5,1 dəfəlik inanılmaz bir artımla 3 milyon 550 min manat olub. Ötən il müştərilərə cəmi 698 min manat ödəniş edilib.
“Meqa Həyat Sığorta" Şirkəti 17.09.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 11 000 000 AZN təşkil edir və şirkətin təsisçisi 100% payla “Meqa Sığorta” ASC-dir.
“Meqa Həyat Sığortaya" “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərməyə icazə verilmişdir.