“Meqa Həyat Sığorta” ASC bu ilin ilk 11 ayı ərzində 16 milyon 156 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, son bir illə müqayisədə 5 milyon 415 min manat və ya 50,1% artım deməkdir.
Bu dövrdə ödənişlər isə illik müqayisədə 3 milyon 362 min manat artaraq 4,4 dəfəlik inanılmaz bir artımla 4 milyon 339 min manat olub.
Ötən il müştərilərə cəmi 977 min manat ödəniş edilib.












