“Meqa Həyat Sığorta” ilk 10 ayda 14 milyon 354 min manat sığorta haqqı toplayıb.
FED.az xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 4 milyon 748 min manat (49,4%) artaraq bazar üzrə ən yüksək artım templərindən birini göstərib. Ötən il yığımlar 9 milyon 606 min manat idi.
Ödənişlər isə illik müqayisədə 3 milyon 427 min manat artaraq 5,9 dəfəlik kəskin bir artımla 4 milyon 130 min manat olub. Ötən il müştərilərə cəmi 703 min manat ödəniş edilib.
Şirkətin zərərlilik göstəricisi 28,8% təşkil edib











