“Meqa Həyat Sığorta” ASC-nin rəhbərliyinə yeni təyinat olub.
"Xalq Sığorta" rəhbərliyinə - DAHA BİR TƏYİNAT
FED.az xəbər verir ki, Məmmədxanov Tural Əhmədxan oğlu sığorta şirkətinin İdarə Heyətinə müvəqqəti üzv seçilib.
Hazırda həyat sığorta şirkətinin idarə heyəti Tural Məmmədxanovla birlikdə üç nəfərlə təmsil olunur - İH yeni təyin edilmiş sədri Emil Ağamaliyev və İH sədr müavini Cəmil Nəzərov.
Qeyd edək ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % “Meqa Sığorta”dır. (Apa)