Azərbaycan həyat sığortası bazarında aktivliyi və innovativliyi ilə seçilən “Meqa Həyat Sığorta” şirkəti cari ilin yanvar ayı üzrə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar aynda şirkətin peşəkar satış komandası tərəfindən 0,250 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,148 mln. manat və ya 2,4 dəfə çoxdur.
Hesabat dövründə yığım portfeli şirkətin bazara təqdim etdiyi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka / istehlak krediti götürən şəxslərin həyat sığortası” və müddətli həyat sığortası növlərindən formalaşıb.
Onu da qeyd edək ki, “Meqa Həyat Sığorta” şirkəti yığımların artım dinamikasına görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk üçlükdə, həyat sığortası şirkətləri sırasında isə ilk yerdə qərarlaşaraq bütün rəqiblərini üstələyib.
İndi Həyatın Yaşam Sığortasına qoşulmaq istəyən şəxslər şirkətə rahatlıqla və tam olaraq online müraciət edə, həmçinin, müqavilə imzalandıqdan sonra öz şəxsi kabinetləri vasitəsi ilə bağladığı müqavilələrin statusu ilə tanış ola, müqavilə üzrə ödədiyi məbləğləri artırıb-azalda və müqavilə ilə bağlı digər müraciətlər edə biləcəklər.
Online platforma vasitəsi ilə müştərilər həmçinin Həyatın Yaşam Sığortasına qoşulmaqla müddətin sonunda alacağı məbləği və əldə edəcəyi qazancı da hesablaya biləcəklər. Bunun üçün https://my.megalife.az/ veb səhifəsinə daxil olub yığım kalkulyatorunda əmək haqqınızı, qoşulmaq istədiyiniz məbləği, doğum tarixinizi və işlədiyiniz sektoru qeyd etmək kifayətdir.
“Meqa Həyat Sığorta” şirkətinin təklif etdiyi Həyatın Yaşam Sığortası məhsulu sizə aşağıdakı üstünlükləri verir:
- Həyatın Yaşam Sığortasına qoşulmaqla siz gələcək planlarınız üçün pul yığırsınız,
- Qanunvericilikdə vergi və sosial haqlar üçün nəzərdə tutulmuş güzəştlərdən faydalanaraq əlavə gəlir əldə edirsiniz,
-Yığdığınız məbləğə əlavə olaraq yüksək investisiya gəliri hesablanır,
- Həyatınızı sığortalamaqla ailənizin gələcəyini təminat altına alırsınız.
Nizamnamə kapitalı 11 mln. manat olan “Meqa Həyat Sığorta” ASC 19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır.
Əlaqə nömrəsi (+99412) 525 08 80