Azərbaycan sığorta bazarının ən dinamik inkişaf üzrə liderliyini qoruyan “Meqa Həyat Sığorta” ASC rəqəmsal transformasiya strategiyası çərçivəsində müştəri xidmətlərini daha da təkmilləşdirmək məqsədilə my.megalife.az platformasının mobil tətbiqini istifadəyə verdi.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni tətbiq istifadəçilərə istənilən yerdən və istənilən vaxt Həyatın yaşam sığortası məhsulu haqqında məlumat almaq, sığorta müqaviləsi bağlamaq, yığımları izləmək və müraciətləri onlayn şəkildə göndərmək imkanı verir. İstifadəçilər artıq öz maliyyə gələcəklərini daha rahat planlaşdıra, yığımlarını istənilən vaxt izləyə və bütün prosesləri bir platforma üzərindən idarə edə biləcəklər.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, yeni mobil tətbiqinin yaradılmasının əsas məqsədi istifadəçilərin rahatlığını təmin etmək və müasir informasiya texnologiyaları həllərindən istifadə etməklə zamanın tələblərinə uyğunlaşmaqdır.
Funksionallığı və müasir dizaynı ilə seçilən “MegaLife” mobil tətbiqini həm App Store (https://surl.li/qzrxtj), həm də Google Play (https://surl.li/cnagxz) platformalarından yükləmək mümkündür.
Qeyd edək ki, nizamnamə kapitalı 11 mln. manat olan “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır.















