“Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-cü il tarixində “Baku Marriott Hotel Boulevard”-da ölkəmizdə ilk dəfə təşkil olunan Vergi və Mühasibatlıq Zirvəsi baş tutacaq.
“Meqa Həyat Sığorta”dan fantastik artım - ŞİRKƏT BAZARIN LİDERİ OLDU
FED.az xəbər verir ki, “Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı və “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu ilə 500 nəfərdən artıq şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
4 moderator və 17 spiker "Mühasibatlıq və rəqəmsallaşma", "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib", "Maliyyə hesabatları və audit", "Vergi riskləri" panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.
Vergi və Mühasibatlıq Zirvəsinə bilet əldə etmək və tədbirlə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə - www.vmz.az keçid edə bilərsiniz.
“Meqa Həyat Sığorta” Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkətidir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. Nizamnamə kapitalı 11 000 000 AZN olan Meqa Həyat Sığorta aşağıdakı sığorta xidmətlərini təklif edir:
- İcbari Həyat Sığortası (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta)
- İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası
- İpoteka həyat sığortası / İstehlak krediti götürən şəxslərin həyat sığortası
- Korporativ həyat sığortası
- Kritik xəstəliklərdən sığorta
- “Ekspres Həyat” - Həyat sığortası üzrə Azərbaycanda ilk online mikrosığorta məhsulu