Həyatın Yaşam Sığortası məhsuluna qoşulmaq daha asan oldu...
Həyatın Yaşam Sığortası məhsulu üzrə müştərilərin rahatlığını təmin etmək və eyni zamanda sorğuların operativ cavablandırılması məqsədi ilə “Meqa Həyat” sığorta şirkəti https://my.megalife.az/ online müraciət və şəxsi kabinet platformasını istifadəyə verib.
FED.az ın xəbərinə görə, indi Həyatın Yaşam Sığortasına qoşulmaq istəyən şəxslər şirkətə rahatlıqla və tam olaraq online müraciət edə, həmçinin, müqavilə imzalandıqdan sonra öz şəxsi kabinetləri vasitəsi ilə bağladığı müqavilələrin statusu ilə tanış ola, müqavilə üzrə ödədiyi məbləğləri artırıb-azalda və müqavilə ilə bağlı digər müraciətlər edə biləcəklər.
Online platforma vasitəsi ilə müştərilər həmçinin Həyatın Yaşam Sığortasına qoşulmaqla müddətin sonunda alacağı məbləği və əldə edəcəyi qazancı da hesablaya biləcəklər. Bunun üçün https://my.megalife.az/ veb səhifəsinə daxil olub yığım kalkulyatorunda əmək haqqınızı, qoşulmaq istədiyiniz məbləği, doğum tarixinizi və işlədiyiniz sektoru qeyd etmək kifayətdir.
Meqa Həyat Sığortanın təklif etdiyi Həyatın Yaşam Sığortası məhsulu sizə aşağıdakı üstünlükləri verir:
- Həyatın Yaşam Sığortasına qoşulmaqla siz gələcək planlarınız üçün pul yığırsınız,
- Qanunvericilikdə vergi və sosial haqlar üçün nəzərdə tutulmuş güzəştlərdən faydalanaraq əlavə gəlir əldə edirsiniz,
-Yığdığınız məbləğə əlavə olaraq yüksək investisiya gəliri hesablanır,
- Həyatınızı sığortalamaqla ailənizin gələcəyini təminat altına alırsınız.
“Meqa Həyat Sığorta” ASC 19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. Şirkətin nizamnamə kapitalı 11 000 000 AZN təşkil edir və həyat sığortası üzrə aşağıdakı xidmətləri göstərir:
- İcbari Həyat Sığortası (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta)
- İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası
- İpoteka / istehlak krediti götürən şəxslərin həyat sığortası
- Müddətli həyat sığortası
- Kritik xəstəliklərdən sığorta
“Meqa Həyat Sığorta” ASC-nin təklif etdiyi sığorta məhsulları barədə ətraflı məlumatı şirkətin rəsmi internet səhifəsindən - https://megalife.az/ əldə edə bilərsiniz.