“Meqa Həyat Sığorta” şirkətinin nümayəndə heyəti 30 may – 3 iyun tarixlərində Almaniyanın Köln şəhərində “General Reinsurance Corporation” (GenRe) tərəfindən təşkil olunan tədbirdə iştirak edib.
Əsas mövzusu həyat sığortasında ən son beynəlxalq trendlərə həsr olunan tədbirdə həyat sığortası məhsulları, kritik xəstəliklərdən sığorta, əmək qabiliyyətinin itirilməsi hallarından sığorta barədə müzakirələr aparılıb, süni intellekt və data analitikasının həyat sığortasında tətbiqi, digital həllər, insurtech və istifadə olunan yeni texnologiyalar haqqında məlumatlar verilib.
Tədbir çərçivəsində xarici partnyorlarla təkrarsığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də, Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, “Meqa Həyat Sığorta” Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkətidir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. Nizamnamə kapitalı 11 000 000 AZN olan Meqa Həyat Sığorta aşağıdakı sığorta xidmətlərini göstərir:
- İcbari Həyat Sığortası (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta)
- İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası (https://my.megalife.az/)
- İpoteka həyat sığortası / İstehlak krediti götürən şəxslərin həyat sığortası
- Müddətli həyat sığortası
- Kritik xəstəliklərdən sığorta
Əlavə edək ki, “Meqa Həyat Sığorta” ASC həyat sığortası üzrə risklərini Warren Buffettin sahibi olduğu Berkshire Hathaway Inc. şirkətlər qrupuna daxil olan GenRe təkrarsığorta şirkətində təkrarsığorta edir. GenRe şirkətinin maliyyə dayanıqlığı reytinqi A.M. Best: A++ və Standard & Poor's: AA+dur.