Azərbaycan Respublikası Mərkəzi Bankının açıqladığı 2022-ci il I yarım illiyi üzrə sığorta sektorunun icmalı göstəricilərinə əsasən “Meqa Həyat” sığorta şirkəti yığımların artım dinamikasına görə (yanvar-iyun 2021 – yanvar-iyun 2022 müqayisə) ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti arasında 274% artımla ilk yerdə qərarlaşaraq lider şirkət olub.
2021-ci ilin I yarım illiyi üzrə toplanmış sığorta haqqlarının 2022-ci ilin I yarım illiyi üzrə yığımları ilə müqayisədə sığorta şirkətlərinin artım dinamikasının renkinqi aşağıdakı kimidir:
№ |
Sığorta şirkəti |
2021-ci ilin I yarım illiyi üzrə sığorta haqqları |
2022-ci ilin I yarım illiyi üzrə sığorta haqqları |
Artım (%-lə) |
1 |
Meqa Həyat Sığorta |
236 |
881 |
274% |
2 |
Aqrar Sığorta |
1 874 |
5 751 |
207% |
3 |
İpək Yolu Sığorta |
7 303 |
12 909 |
77% |
4 |
Xalq Həyat Sığorta |
2 474 |
3 740 |
51% |
5 |
Xalq Sığorta |
13 040 |
19 273 |
48% |
6 |
Bakı Sığorta |
2 233 |
3 119 |
40% |
7 |
Paşa Həyat Sığorta |
159 565 |
206 649 |
30% |
8 |
A-Qroup Sığorta |
7 949 |
9 632 |
21% |
9 |
Naxçıvansığorta |
1 026 |
1 228 |
20% |
10 |
Atəşgah Sığorta |
11 355 |
13 316 |
17% |
11 |
Qala Həyat Sığorta |
7 710 |
8 941 |
16% |
12 |
Paşa Sığorta |
105 766 |
120 607 |
14% |
13 |
Sənaye Sığorta |
7 335 |
8 156 |
11% |
14 |
Atəşgah Həyat Sığorta |
23 708 |
25 687 |
8% |
15 |
AzSığorta |
5 680 |
5 921 |
4% |
16 |
Qala Sığorta |
24 310 |
24 906 |
2% |
17 |
Meqa Sığorta |
14 020 |
10 820 |
-23% |
18 |
Günay Sığorta |
5 305 |
3 411 |
-36% |
19 |
AtaSığorta |
6 768 |
2 351 |
-65% |
20 |
Azərsığorta |
44 709 |
4 308 |
-90% |
Qeyd edək ki, “Meqa Həyat Sığorta” Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkətidir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. Nizamnamə kapitalı 11 000 000 AZN olan Meqa Həyat Sığorta aşağıdakı sığorta xidmətlərini göstərir:
- İcbari Həyat Sığortası (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta)
- İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası
- İpoteka həyat sığortası / İstehlak krediti götürən şəxslərin həyat sığortası
- Müddətli həyat sığortası
- Kritik xəstəliklərdən sığorta