Azərbaycanın həyat sığortası sektorunda dinamik inkişafı və innovativ yanaşması ilə seçilən “Meqa Həyat Sığorta” ASC fəaliyyətinin 5 illiyini qeyd edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, beş illik fəaliyyəti dövründə uğurla həyata keçirilən strateji inkişaf siyasəti, müasir texnologiyaların tətbiqi və yüksək peşəkarlığa malik idarəetmə sistemi sayəsində “Meqa Həyat Sığorta” ASC həyat sığortası bazarında etibarlı və rəqabətqabiliyyətli mövqe qazanaraq sektorun inkişafına mühüm töhfələr verib.
Yarandığı gündən etibarən şirkət davamlı inkişaf yolu keçərək müştərilərin etimadını və rəğbətini qazanıb. İldən-ilə təqdim olunan sığorta məhsulları və xidmətlər həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilərək yüksək inkişaf səviyyəsinə çatdırılıb. Peşəkar komandanın formalaşdırılması, rəqəmsal həllərin inteqrasiyası və 24/7 xidmət modelinin tətbiqi şirkətin bazarda rəqabət üstünlüyünü daha da gücləndirib.
2025-ci ilin son məlumatlarına əsasən “Meqa Həyat Sığorta” il ərzində 18 milyon manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2024-cü illə müqayisədə 6 milyon manat və ya 54% artım deməkdir. Şirkət 2025-ci il üzrə ümumilikdə 4 milyon 600 min manat sığorta ödənişi etmişdir. Sığorta ödənişləri əsasən kredit götürən şəxslərin həyat sığortası, ipoteka götürən şəxslərin həyat sığortası, yaşam sığortası və icbari həyat sığortası üzrə həyata keçirilmişdir. Sığorta ödənişləri üzrə şirkətin yeni məhsulu “Güvənli həyat sığortası” üzrə də 19 sığorta hadisəsi üzrə 53 min manat sığorta ödənişi həyata keçirmişdir. Bank sığorta tərəfdaşlığı çərçivəsində Kredit götürən şəxslərin həyat sığortası üzrə şirkət ümumilikdə 97 sığortalı şəxs üzrə baş vermiş sığorta hadisələrinə görə 400 min manat sığorta ödənişi həyata keçirmişdir.
Əminik ki, 5 il ərzində toplanmış peşəkar təcrübə, güclü komanda və əldə olunan bilik və bacarıqlar “Meqa Həyat Sığorta” ASC-nin davamlı və dayanıqlı inkişafını təmin edəcək.
“Meqa Həyat Sığorta” ASC növbəti illərdə də müştəri məmnuniyyətinin artırılması, məhsul çeşidinin genişləndirilməsi və innovativ sığorta həllərinin rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.
(Red.) FED.AZ redaksiyası adından "Meqa Həyat Sığorta" şirkətinin peşəkar komandasının hər bir üzvünü təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.












