Azərbaycan həyat sığortası bazarında aktivliyi və innovativliyi ilə seçilən “Meqa Həyat” sığorta şirkəti cari ilin yanvar-may ayları üzrə fəaliyyətini uğurla başa vurub.
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar- may aylarında şirkətin peşəkar satış komandası tərəfindən 0,681 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,468 mln. manat və ya 3,2 dəfə çoxdur.
Yığım portfeli şirkətin bazara təqdim etdiyi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka / istehlak krediti götürən şəxslərin həyat sığortası” və müddətli həyat sığortası növləri üzrə formalaşıb.
Onu da qeyd edək ki, “Meqa Həyat” şirkəti yığımların artım dinamikasına görə (yanvar-may 2021 – yanvar-may 2022 müqayisə) ölkədə fəaliyyət göstərən həyat sığortası şirkətləri sırasında ilk yerdə qərarlaşaraq liderlik şirkət olub. Bununla da şirkət bütün rəqiblərini üstələyib.
Xatırladaq ki, hesabat dövründə şirkət innovativ inkişafını da uğurla davam etdirib. Belə ki, şirkət my.megalife.az onlayn platformasını müştərilərinin istifadəsinə verməklə Həyatın Yaşam Sığortası məhsuluna qoşulmağın daha asan yolunu təklif edib.
İndi Həyatın Yaşam Sığortasına qoşulmaq istəyən şəxslər şirkətə rahatlıqla və tam olaraq online müraciət edə, həmçinin, müqavilə imzalandıqdan sonra öz şəxsi kabinetləri vasitəsi ilə bağladığı müqavilələrin statusu ilə tanış ola, müqavilə üzrə ödədiyi məbləğləri artırıb-azalda və müqavilə ilə bağlı digər müraciətlər edə biləcəklər.
Online platforma vasitəsi ilə müştərilər həmçinin Həyatın Yaşam Sığortasına qoşulmaqla müddətin sonunda alacağı məbləği və əldə edəcəyi qazancı da hesablaya biləcəklər. Bunun üçün https://my.megalife.az/ veb səhifəsinə daxil olub yığım kalkulyatorunda əmək haqqınızı, qoşulmaq istədiyiniz məbləği, doğum tarixinizi və işlədiyiniz sektoru qeyd etmək kifayətdir.
"Meqa Həyat Sığorta"nın təklif etdiyi Həyatın Yaşam Sığortası məhsulunun aşağıdakı üstünlükləri var:
- Həyatın Yaşam Sığortasına qoşulmaqla siz gələcək planlarınız üçün pul yığırsınız;
- Qanunvericilikdə vergi və sosial haqlar üçün nəzərdə tutulmuş güzəştlərdən faydalanaraq əlavə gəlir əldə edirsiniz;
- Yığdığınız məbləğə əlavə olaraq yüksək investisiya gəliri hesablanır;
- Həyatınızı sığortalamaqla ailənizin gələcəyini təminat altına alırsınız.
Nizamnamə kapitalı 11 mln. manat olan “Meqa Həyat Sığorta” ASC 19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır.
Əlaqə nömrəsi (+99412) 525 08 80