Müştərilərinin rahatlığını təmin etmək, eləcə də onların vaxtına qənaət etmək məqsədi ilə Meqa Həyat Sığorta şirkəti kredit götürən şəxslərin öz həyatlarını sığortalamaq üçün onlayn müraciət platformasını istifadəyə verdi.
FED.az xəbər verir ki, unikal onlayn platformanın interfeysi sadə və funksionaldır. İstifadəçilər onlayn platformaya daxil olmaq üçün həm mobil cihazlardan, həm də kompüterlərdən rahat istifadə edə biləcəklər. Belə ki, müştərilər 30 000 manatadək məbləğində istehlak kredit götürdükləri zaman ölkənin qabaqcıl sığorta şirkətlərindən biri olan “Meqa Həyat Sığorta” Şirkətinin rəqəmsal platformasından (https://credit.megalife.az/) istifadə etməklə, kredit həyat sığortası üzrə anında təklif ala bilərlər. Kredit məbləği 30 000 manatdan yuxarı olan halda müştərilərin birbaşa müraciətlərin əsasında kredit həyat sığortası üzrə təklifin verilməsi nəzərdə tutulub. Kredit Həyat Sığortası kredit götürən müştərilərin kredit borclarını gözlənilməz hadisələr zamanı sığortalamaq məqsədini daşıyır. Bu məhsulu əldə etmək üçün istənilən banka da müraciət etməklə mümkündür.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən qeyd edilib ki: "Kredit Həyat Sığortası müştərilərimizin və onların ailələrinin maliyyə təhlükəsizliyini təmin etmək üçün olduqca vacib bir vasitədir. Bu səbəbdən müştərimizə daha operativ xidmət göstərmək məqsədilə rəqəmsal həllər təklif olunur. Bizim məqsədimiz - müştərilərimizin həyatını asanlaşdırmaq, onların maliyyə yükünü azaltmaq və gözlənilməz hallarda müdafiə etməkdir. Biz əminik ki, kredit həyat sığortası kredit alanların yarana biləcək risklərə qarşı ən etibarlı sığorta təminatı olacaq."
Şirkət, müştərilərinə daha geniş spektrdə sığorta məhsulları təqdim etməklə Azərbaycanda sığorta bazarının inkişafına öz töhfəsini verməyə davam edir.
Sığorta məhsulu və yeni yaradılan rəqəmsal platforma haqqında daha ətraflı məlumat əldə etmək üçün “Meqa Həyat Sığorta” ASC-nin çağrı mərkəzinə (*8778) və ya onlayn platforma üzərindən https://credit.megalife.az/ müraciət edə bilərsiniz.