Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkəti olan “Meqa Həyat Sığorta” Türkiyənin ən böyük tibb müəssisələrindən olan “Acıbadem Sağlık Hizmetleri ve Ticaret A.Ş.” ilə əməkdaşlıq müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, "Acıbadem" Xəstəxanalar Qrupunun Beynəlxalq Layihələrin İnkişafı və Əməliyyatlar Direktoru Murat Pekmezoğlu və Meqa Həyat Sığortanın İdarə Heyətinin sədri Uğur İbrahimli arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən Meqa Həyat Sığortanın müştərilərinə xüsusi imtizaylar verən “Acıbadem Health Point” fərdi sadiqlik kartları təqdim olunacaq.
“Acıbadem Health Point” kartları vasitəsi ilə Meqa Həyat Sığortanın müştəriləri Acıbadem xəstəxanalarında tibbi xidmətlər zamanı 20%-ə qədər güzəştlər əldə etməklə yanaşı, klinikanın Bakı ofisinə müraciət etməklə Acıbademin Türkiyədəki həkimləri tərəfindən ikinci tibbi rəyin alınması, İstanbula səfər zamanı bütün hava limanlarında “Health Point Welcome Lounge”-a giriş, İstanbuldakı “Acıbadem” xəstəxanalarına gediş-gəliş üçün VIP transfer və digər güzəştlər əldə edəcəklər. Endirimlərdən kart sahibi ilə yanaşı onun birinci dərəcəli qohumları - ana, ata, həyat yoldaşı və övladları da yararlana bilərəcəklər.
“Acıbadem Health Point” layihəsi ilkin mərhələdə Meqa Həyat Sığortanın “Həyatın Yaşam Sığortası”-na yeni qoşulmuş müştərilərinə şamil ediləcək. Sözü gedən kartlar müştərinin yazılı razılığı əsasında təqdim olunacaq və kartlara görə heç bir əlavə ödəniş tələb edilməyəcək.
Meqa Həyat Sığortanın təklif etdiyi Həyatın Yaşam Sığortası məhsulunun bir sıra üstünlükləri var:
- Həyatın Yaşam Sığortasına qoşulmaqla siz gələcək planlarınız üçün pul yığırsınız,
- Qanunvericilikdə vergi və sosial haqlar üçün nəzərdə tutulmuş güzəştlərdən faydalanaraq əlavə gəlir əldə edirsiniz,
- Yığdığınız məbləğlərə əlavə olaraq yüksək investisiya gəliri hesablanır,
- Həyatınızı sığortalamaqla ailənizin gələcəyini təminat altına alırsınız.
Həyatın Yaşam Sığortasına qoşulmaq istəyən şəxslər müraciətlərini Meqa Həyat Sığortanın https://my.megalife.az/ online portalı vasitəsi ilə tam olaraq online edə, həmçinin, müqavilə imzalandıqdan sonra öz şəxsi kabinetləri vasitəsi ilə bağladığı müqavilələrin statusu ilə tanış ola, müqavilə üzrə ödədiyi məbləğləri artırıb-azalda və müqavilə ilə bağlı digər müraciətlər edə bilərlər.