İnnovativ yanaşması, göstərdiyi yüksək keyfiyyətli xidmətləri, korporativ sosial məsuliyyət yönümlü siyasəti ilə daim seçilən “Meqa Həyat” ASC-nin həyat sığortası üzrə fəaliyyətə lisenziya almasından artıq 3 il ötür.
FED.az xəbər veiri ki, şirkət bu müddət ərzində sürətli inkişaf yolu keçib, həyat sığorta şirkətləri arasında layiqli yer tutmuşdur və 2 il ardıcıl olaraq sığorta bazarının ən dinamik inkişaf edən sığorta şirkətidir.
Yarandığı gündən etibarən Şirkət durmadan inkişaf edərək müştərilərin rəğbətini qazanıb. İldən ilə şirkətin təqdim etdiyi xidmətlər və sığorta məhsulları həm kəmiyyətcə, həm də keyfiyyətcə daha da təkmilləşir.
Şirkət qarşıdakı illər ərzində də öz peşəkar komandası ilə xidmət keyfiyyətinin daha da yüksəldilməsi nəticəsində müştəri məmuniyyətinin artırılmasına nail olmaq məqsədi daşıyır. Ümid edirik ki, qazanılan peşəkar təcrübə, komandanın bacarıq və istedadları şirkətə daha da sabit inkişaf təmin edəcək.
“Meqa Həyat” ASC müştərilərinə və tərəfdaşlarına göstərdikləri etimad, qarşılıqlı və səmərəli əməkdaşlığa görə dərin təşəkkür və minnətdarlığını bildirir.
Xatırladaq ki, 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilən “Meqa Həyat Sığorta” ASC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş Həyat sığortası üzrə sığorta xidmətləri göstərməyə icazə verən Lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır.