Azərbaycanda daşınmaz əmlakın istismarının mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 305 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 min manat və ya 5% azdır.
2023-ci ilin yanvar-mart aylarında bu göstərici 323 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 81 min manat təşkil edib ki, bu da illik müqayisədə 79 min manat .
Keçən ilin eyni dövründə cəmi 2 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 27% təşkil edib. Ötən ilin eyni dövründə isə zərərlilik cəmi 1% idi.