Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər kəskin artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 714 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 min manat və ya 2% azdır.
2023-ci ilin yanvar-may aylarında bu göstərici 726 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 100 min manat təşkil edib ki, bu da illik müqayisədə 92 min manat və ya 12,5 dəfə çoxdur.
Keçən ilin eyni dövründə 8 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 14% təşkil edib. Ötən ilin müvafiq dövründə isə zərərlilik cəmi 1% idi.