Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər kəskin artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 625 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 55 min manat və ya 8% azdır.
2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 680 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 84 min manat təşkil edib ki, bu da illik müqayisədə 75 min manat və ya 10 dəfə çoxdur.
Keçən ilin eyni dövründə 8 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 13% təşkil edib.