FED.az biznes-maliyyə portalı bu gündən etibarən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ilə birgə “Filiallarımızı siz də tanıyın” adlı uzunmüddətli layihəyə start verib.
Layihənin ilk müsahibi “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Sabirabad filialının rəhəri Məcnun Vəliyevdir.
Hörmətli Məcnun müəllim, özünüz, təhsiliniz və iş təcrübəniz haqqında qısa məlumat vermənizi xahiş edirik .
-Mən, Məcnun Vəliyev 1987-ci ildən Sabirabad rayon Sığorta idarəsində Baş müfəttiş kimi işə qəbul edilmişəm. Artıq 34 ilə yaxındır ki, sığorta fəaliyyəti ilə məşğulam. Ölkədə sığortanın inkişaf etdiriılməsi istiqamətində dəstəyim olmuşdur.
Hazırda Dövlət Sığorta şirkətində Sabirabad filialında çalışan gənc mütəxəssislərə mükəmməl və peşəkar sığortaçı kimi yetişmələrində çox illik təcrübəmdən irəli gələrək əldə etdiyim bilik və bacarıqlarımı onlara da öyrətməyə həvəslə çalışıram. Bundan sonra da bu istiqamətdəki fəaliyyətimi uğurla davam etdirəcəm.
Sabirabad filialı nə vaxdan fəaliyyət göstərir (işçi sayı, göstərdiyi xidmətlər) və region əhalisinə daha çox hansı məhsullar təqdim edilir?
-Dövlət Sığorta Şirkətinin Sabirabad filialı 1936-ci ilin iyul ayından fəaliyyət göstərir. Hal-hazırda filialda 8 nəfər işçi çalışır. Filialda müştərilərə könüllü və icbari növlər üzrə bütün sığorta xidmətləri təklif olunur. Əməkdaşlarımız tez-tez ictimai yerlərdə insanlar arasında sığortanın bütün növləri üzrə maarifləndirmə işlərini həyata keçirirlər. Sığorta ilə bağlı vətəndaşları maraqlandıran suallar yarandıqda əməkdaşlarımız dərhal həmin sualları geniş şəkildə cavablandırmağa çalışırlar.
Hal-hazırda əməkdaşlarımız COVİD-19 pandemiyası ilə əlaqədar kəndlərdə insanlarla fərdi halda işləri həyata keçirirlər.
Regionda əhali tərəfindən hansı sığorta məhsuluna üstünlük verilir, yəni müştəriləriniz nümayəndəliyinizə daha çox hansı məhsulla bağlı müraciət edir?
Filialımıza region əhalisi tərəfindən demək olar ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daha çox müraciətlər daxil olur.
Komanda olaraq çalışırıq ki, sığortanın hər bir növü üzrə vətəndaşlarımız məlumatlı olsunlar. Filial olaraq vətəndaşlarımızın sığorta səhəsində mariflənlənmələri üçün bu istiqamətdə fəaliyətimizi davam etdiririk. Əgər biz əhalinin mariflənləməsi işlərini yetərincə həyata keçirə bilsək inanıram ki, hər bir sığorta növü üzrə Sabirabad filialına daxil olan müraciətlərin sayı da artacaq.
Əmlakın icbari sığortası ilə bağlı region əhalisi arasında hansı təbliğat təşviqat işləri görülür. Ümumiyyətlə, bu sığorta növü üzrə yığımların artırılması istiqamətində filial tərəfindən hansı addımlar atılır?
-COVİD 19 pandemiyasından əvvəl biz təhsil müəssisələrində, iri müəssisələrdə, əhalinin sıx toplaşdığı yerlərdə sığortanın bütün növləri üzrə vətəndaşlarımız arasında maarifləndirdirmə işləri aparmışıq.
Pandemiya dövründə isə bu işlərimiz demək olar ki, məlum məsələ ilə bağlı çox aşağı səviyyədə aparılır. Əmlakın icbarı sığortası üzrə əhali arasında təbliğat-təşviqat işləri vətəndaşlarımızla fərdi şəkildə həyata keçirilir. Rayonumuzun demək olar ki, hər bir yanacaqdoldurma və iri ticarət obyektlərinin önündə bu sığorta növünün təbliği ilə bağlı müvafiq reklam lövhələri yerləşdirilmişdir.
Bildiyimiz kimi, artıq Dövlət Sığorta Şirkəti ölkədə müştərisinə sığorta ödənişini operativ qaydada ödəyən şirkət kimi tanınır. Bilmək istərdik ki, filial olaraq daha çox hansı növlər üzrə sığorta hadisələri baş verir?
-Dövlət Sığorta Şirkətinin Sabirabad rayon filialında ən çox sığorta hadisəsi avtomobillərin sığortası üzrə qeydə alınıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyan dəyərləndirilərək qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində Dövlət Sığorta Şirkəti tərəfindən vətəndaşın müvafiq bank hesabına ödənilir.
Avtomobillərin könülü və ya icbarı sığorta növlərindən başqa baş vermiş sığorta hadisələri üzrə hərbi qulluqçulara, məhkəmə və hüquq-mühafizə orqanlarının işçilərinə də sığorta ödənişləri həyata keçirilir.
Məcnun müəllim müsahibə üçün təşəkkür edirik.
Mən təşəkkür edirəm