23 dekabr 2025-ci il saat 11:00-da "Bakı Sığorta" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında yerləşən "Bakı Sığorta" ASC-nin ("Ləğv prosesindədir") inzibati binasında olacaq.
İclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün "Bakı Sığorta" ASC-yə (Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında yerləşən inzibati binanın 6-cı mərtəbəsində), həmçinin 050 286-84-58 telefon nömrəsi vasitəsilə müraciət edilə bilər.












