Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmişdir. Şirkətin ləğvi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 fevral tarixli Sərəncamının icrası olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılmışdır.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral tarixli Qərarı ilə Şirkətin sığorta fəaliyyətinə verilmiş lisenziyası ləğv edilmiş və ləğvetmə komissiyası öz fəaliyyətinə başlamışdır.
Kreditorlardan cari ilin 16 aprel tarixinədək tələblərini Şirkətin baş ofisinə (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 31 ünvanına) bildirmələri xahiş olunur. Həmin tələblərə aşağıdakı sənədlər əlavə olunur:
- Kreditorun yazılı müraciəti (tələbin məzmunu və məbləği göstərilməklə);
- Kreditorun tələbinə əsas verən sənədlərin surətləri.