Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyasının sifarişi ilə ləğvetmədə olan şirkətə məxsus 942 ədəd inventarlar (elektron avadanlıqları, kondisionerlər və ofis mebelləri) açıq hərraca çıxarılıb.
ASC “Standard Insurance”-ın Ləğvetmə komissiyasından FED.az-a verilən məlumata görə, hərrac açıq auksion formasında sifarişçinin müəyyənləşdirdiyi qaydalara uyğun keçirilməklə 23 avqust 2021-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilib.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
942 ədəd inventarların ümumilikdə ilkin satış qiyməti 21.050 (iyirmi bir min əlli) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 5 %-i, yəni 1052,50 (bir min əlli iki manat əlli qəpik) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 2 (iki) iş günü qalanadək hərrac sifarişçisinin aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.