Ləğv edilən sığortaçıya dair yeni tələblər qoyulur.
- Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-SENTYABR, 2023)
-
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-SENTYABR, 2023)
- Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-SENTYABR, 2023)
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri yeni qaydada ödəniləcək. Səkkizinci növbədə dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbo sığorta haqları üzrə ödənilməli məbləğlər, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar, həmçinin, sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində rüsumlarla və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində pşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun ilə müəyyən edilən icbari ödənişlərlə bağlı yaranmış tələblər ödəniləcək.