Azərbaycanda ləğv etmə prosesində olan sığorta şirkətinin əmlakı satışa çıxarılıb.
Eləcə də bax: Sığorta şirkətinin baş ofisinin yerləşdiyi bina satışa çıxarılır
Şirkətin ləğvetmə komissiyasından FED.az-a verilən məlumata görə, 11 yanvar 2021-ci il tarixdə Ləğvetmə prosesində olan ASC Standard Insurance sığorta şirkətinin əmlkalarının satışı ilə bağlı növbəti hərrac keçirilmişdir.
Hərracda LADA NİVA və HYNDAI ACCENT markalı iki nəqliyyat vasitəsi satışa çıxarılmışdır.
LADA NİVA markalı nəqliyyat vasitəsini almaq üçün iddialı iki şəxslər Nəzərov Emin Rzaqulu oğlu və Hüseynov Elçin Yavuz oğlu iştirak etmişlər. 5 130 AZN ilkin satış qiyməti ilə başlanmış hərrac 5 630 AZN satış məbləği ilə tamamlanmışdır.
500 manatlıq qiymət artışı ilə Hüseynov Elçin Yavuz oğlu hərracın qalibi olmuşdur. Nəzərinizə çatdırırıq ki, təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.
HYNDAI ACCENT markalı nəqliyyat vasitəsinin hərracında isə üç iddiaçı, Nəzərov Emin Rzaqulu oğlu, Hüseynov Elçin Yavuz oğlu və Həsənli Qulam Hikmət oğlu iştirak etmişlər. 5 dəfə 500 manatlıq hərrac addım ilə qiymət artırılmış və nəticədə ilkin satış qiyməti 9 900 AZN olan nəqliyyat vasitəsi 12 400 AZN qiymətə satılmışdır. Hərracın qalibi Hüseynov Elçin Yavuz oğlu olmuşdur. Nəzərinizə çatdırırıq ki, əsaslı təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.