Ləğv edilən "Naxçıvan Sığorta" Şirkətinin əməkdaşları işdən azad olunub.
"Naxçıvan Sığorta" şirkəti - LƏĞV EDİLİR
FED.az xəbər verir ki, bu gün ləğv edilən sığorta şirkətinin əməkdaşları dekabrın 8-dən etibarən işdən azad olunublar. Məlumata görə, onlara heç bir iş təklif olunmayıb.
Qeyd edək ki, "Naxçıvan Sığorta" Şirkətinin 30-da çox əməkdaşı var.
Xatırladaq ki, "Naxçıvan Sığorta" şirkəti ləğv edilir, onun portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülür.(Apa)