“Azərsığorta”nın strukturunda dəyişikliklər istisna deyil”. Bunu açıqlamasında sığorta şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev deyib. O bildirib ki, “Azərsığorta”nın strukturunda dəyişikliklər ola bilər. Amma bu gün üçün belə bir məsələ gündəmdə deyil.
Xatırladaq ki, bir müddət əvvəl “Azərsığorta” Dövlət Kommersiya Şirkətində dəyişikliklərlə bağlı layihənin hazırlandığı haqqında məlumat verilmişdi. Layihəyə əsasən “Azərsığorta”nın ASC-yə çevriləcəyi, eyni zamanda şirkətin bir hissəsinin satışa çıxarılacağı gözlənilir. Maliyyə Bazarlarına Nəzarət Palatası isə məsələ ilə bağlı hər hansı sorğu daxil olmadığını açıqlamışdı.