“PAŞA Həyat” hüquq departamentinin sığorta hadisələri şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 29 dekabr 2017-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Sığorta hadisəsi ilə bağlı daxil olan işlərin sənədləşdirilməsi, İT platformada və "Excel" bazada icbari və könüllü növlər üzrə hadisələrin qeydiyyata alınması, sığorta hadisəsi kimi qiymətləndirilməsi;
2. Sığorta araşdırması ilə bağlı müvafiq orqanlara sorğu məktublarının hazırlanması;
3. Göndərilmiş sorğu məktublarına operativ cavab verilməsi üçün mütəmadi nəzarətdə saxlanılması, müvafiq orqanlarla telefon əlaqəsinin yaradılması
4. Sığorta araşdırması ilə bağlı daxil olmuş məlumatların analiz edilərək sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərarın qəbul edilməsi;
5. Sığorta ödənişi veriləcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməsinin təmin edilməsi məqsədilə sığorta aktlarının, əlavələrinin tərtib edilməsi, yoxlanması və təsdiq edilməsi üçün birbaşa rəhbərinə təqdim edilməsi;
6. Sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə qanunla müəyyən olunmuş qaydada və müddətdə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildirişlərin hazırlanması və göndərilməsi;
7. Sığorta ödənişi edilmiş və ya imtina məktubu yazılmış işlərin arxivləşdirilməsi;
8. Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
9. Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi, onların müraciətlərinin uyğun olaraq cavablandırılması;
10. Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi : Sığorta hadisələrinin tənzimlənməsi, hüquq və ya tibb sahəsi üzrə 1 illik iş təcrübəsi;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, rus və ingilis dili arzuolunandır;
Kompüter bilikləri : MS Office proqramlarından əla səviyyədə istifadə bacarığı;
Üstünlüklər : Hüquq və ya tibbi təhsilə üstünlük verilir;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : cv-lər “Sığorta hadisələri” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.