“Günay Sığorta” şirkətinə yeni təyinat olub. “AzSığorta” şirkətinin satış şəbəkəsinin inkişafı departamentinin direktoru Vüqar İbrahimov “Günay Sığorta”nın biznesin inkişafı blokunun rəhbəri vəzifəsinə təyin edilib.
FED.az xəbər verir ki, bu barədə V.İbrahimov özü məlumat verib. O bildirib ki, noyabr ayının 1-dən etibarən əvvəlki iş yerindən ayrılıb. Noyabr ayının 6-dan isə yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, V.İbrahimov 2007-2015-ci illərdə “Beynəlxalq Sığorta”, 2015-2016-cı illərdə “Alfa Sığorta”da, 2016-cı ildən isə “AzSığorta”da çalışıb.
“Günay Sığorta”ya yeni təyinat olub
15:26
21 Noy 2017