Azərbaycanın ən dinamik inkişaf edən şirkəti olan “Günay Sığorta” son bir ildə yığımlarının həcmini kəskin artırıb.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı 11 aylıq hesabatda “Günay Sığorta” şirkətinin müvafiq sığorta müqavilələri üzrə əldə etdiyi daxilolmalarının həcmi 3,6 dəfə və ya 6,330 mln. manat artaraq 8,780 mln. manata çatıb.
Şirkətin qeyd olunan dövr ərzində müxtəlif sığorta hadisələri üzrə verdiyi ödənişlərin həcmi isə 1,002 mln. manat olub.
Qeyd edək ki, son bir il ərzində yığımlarının illik artım dinamikasına görə, “Günay Sığorta” şirkətlər sırasında lider mövqeyə malikdir.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" 1992-ci ildən fəaliyyət göstərir. 25 illik inkişaf tarixinə malik olan şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.
Dünya sığortaçıları ilə əməkdaşlıq çərçivəsində şirkət Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta» şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərib. Eləcə də risklərin bölüşdürülməsi sahəsində dünyanın tanınmış sığorta və təkrarsığorta şirkətləri ilə, o cümlədən "Zurich", "ACE", "Allianz Türkiye", "FM Global", "İnqosstrach", "Azre Təkrarsığorta" və digər tanınmış şirkətləri ilə əməkdaşlığını davam etdirir.
Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Onu da qeyd edək ki, “Günay Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkətə çevrilib.
“Günay Sığorta” – SİYAHININ LİDERİ
13:27
22 Dek 2017