“Günay Sığorta” 2017-ci ildə də xidmət keyfiyyətini yüksəltməkdə davam etdirib.
FED.az xəbər verir ki, şirkətin ötən illə bağlı hesabatında qeyd olunur ki, müştərilərin sığorta məhsullarını daha rahat şəkildə əldə etməsi üçün icbari sığorta və səyahət sığortasının satışını onlayn platforma tətbiq edilib.
Korporativ sosial məsuliyyət proqramı çərçivəsində ötən il ərzində keçirilən maarifləndirici tədbirlərə, forumlara, idman yarışlarına dəstək olan “Günay Sığorta”, Milli Marketinq Forumu, İnsan Resursları Forumu, Azərbaycan Turizm Forumu, Grappling və Grappling-gi üzrə dünya çempionatı, Braziliya Jiu-Jitsu'su üzrə beynəlxalq turnirlərinin sponsoru kimi iştirak edib.
Şirkətin saytında istifadəçilərə onlayn ödəniş sistemi və şəxsi kabinet təqdim edilməklə yanaşı, müştərilər üçün tibbi sığorta üzrə onlayn həkimə müraciət və dərman preparatlarının ev və yaxud ofisə çatdırılması xidmətini aktivləşdirilib.
Əlavə olaraq xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq addımlar atılaraq, 6 yeni nümayəndəlik müştərilərin istifadəsinə verilib.
Məlumata görə, şirkət, 2018-ci ildə də xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni uğurlu layihələrlə gündəmə gələcək, yaranan və yarana biləcək narazılıqları dərhal aradan qaldırılacaq.
Qeyd edək ki, “Günay Sığorta” 25 ildir ki, fəaliyyət göstərir.
“Günay Sığorta” 2017-ci ili uğurla başa vurub - HESABAT
12:06
30 Dek 2017