Bank sektorundakı problemlərin səbəbkarlarından biri də auditor şirkətləridir. Bu fikir bu gün Bakıda MBNP və ASK-nin təşkilatçılığı ilə keçirilən «Kapital bazarları vasitəsilə maliyyələşmə, listinaq və investisiyalar» tədbirində səslənib.
FED.az xəbər verir ki, təbirdə çıxış edən Milli Məclisin iqtisadli siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə bildirib ki, vaxtilə bankların auditini aparan şirkətlər düzgün məlumat versədilər və vəziyəti dühzün araşdırıb obyektiv məlumat versəydilər bank sektorunda indiki problemlər yaşanmazdı.
Onun sözlərinə görə, hazırda ölokədə bank sektoru ilə bağlı müəyyən işlər aparılır. Amma bunun üçün əlavə tədbirlər görülməlidir. Komitə sədri bildirib ki, iqtisadiyyatda müsbət meyllərin yaranması üçün bütün tərəflər arasında sağlam münasibət qurulmalı və konsensus yaranmalıdır.
“Banklardakı problemin səbəbkarlarından biri də auditor şirkətləridir”
10:30
6 Mart 2018