“AzSığorta” şirkətindən “Standard İnsurance” sığorta şirkətinə transfer baş tutub.
“AzSığorta”dan bildirilib ki, filiallarla iş departamentinin müdiri Rövşən Əsgərov noyabr ayından etibarən sığorta şirkətindən ayrılıb. Rövşən Əsgərov açıqlamasında bunu “AzSığorta”da aparılan struktur dəyişiklikləri ilə əlaqələndirib. O bildirib ki, hazırda “Standard İnsurance” sığorta şirkətinin satış departamentində işə başlayıb. Bununla belə sığorta şirkətinin sədr müavini təyin ediləcək. Bunun üçün sənədlər Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilib: “Palatanın attestasiyasıdan sonra “Standard İnsurance” sığorta şirkətinin sədr müavini təyin ediləcəm”.
“AzSığorta”dan “Standard İnsurance”a – TRANSFER
17:28
13 Noy 2017