“AzSığorta” şirkətindən “Standard İnsurance” sığorta şirkətinə daha iki transfer olub. Şirkətin fiziki şəxslərlə iş departamentinin direktoru Fəqan İsmayılov noyabr ayının 1-dən etibarən öz təşəbbüsü əsasında “AzSığorta”ASC – dən ayrılaraq “Standard İnsurance” sığorta şirkətinin Fərdi Satış Departamentinin direktoru təyin olunub. Bu barədə Fəqan İsmayılovla özü məlumat verib.
Növbəti transfer isə filial direktoru ilə bağlıdır. Belə ki, şirkətin Sumqayıt Sənaye filialının direktoru Elbəy Əliyev noyabr ayının 13-dən etibarən “AzSığorta”ASC – dən ayrılıb və 15 noyabr 2017-ci il tarixindən “Standard İnsurance” sığorta şirkətinin Əmlak şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Fəqan İsmayılov 2012 -ci ildə “AzSığorta” şirkətində, daha sonralar bazar iştirakçısı olan digər sığorta şirkətlərində, 2015 – ci ildən isə yenidən “AzSığorta” şirkətində fəaliyyəti göstərib. Elbəy Əliyev isə 2008 –ci ildən “AzSığorta” ASC -də fəaliyyət göstərib.