“Atəşgah” sığorta şirkətinin ötən ilki ən böyük ödənişi 39 min manata yaxın olub.
Sığorta şirkətindən FED.az-a verilən məlumata görə, bu ödənişə avtomobil qəzası səbəb olub. Belə ki, 2017-ci ilin iyul ayında Bakıxanov küçəsində "Porsche Cayenne" markalı avtomobil "Mitsubishi L 200" markalı avtomobil ilə toqquşub. Nəticədə "Porsche Cayenne" markalı avtomobil zədələnib. Könüllü sığorta növü üzrə sığortalanmış bu avtomobilin sahibinə 38 min 601 manat məbləğində sığorta ödənişi edilib.
Növbəti ən böyük sığorta ödənişinə səbəb olan hadisə isə ötən ilin noyabr ayında baş verib. Bakının S.Rəhimov küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində baş vermiş subasma nəticəsində mənzil yararsız hala düşüb. Daşınmaz əmlakın icbari sığortası üzrə “Atəşgah” sığorta şirkəti tərəfindən bu hadisəyə görə 15 min 948 manat ödənilib.
“Atəşgah”ın ən böyük sığorta ödənişi – 38 MİN MANAT
11:12
20 Fev 2018