«Atəşgah» Sığorta Şirkəti tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Namizədə tələblər
• Yaş: 23-35
• Cinsi: fərq etməz
• Təhsil: Ali, tibb təhsili mütləqdir (təhsil alan tələbələr və rezidenturada işləyən namizədlər də müraciət edə bilər
• İş təcrübəsi: vacib deyil
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) mütləqdir,Ingilis dili (arzuolunandır)
Əsas vəzifə öhdəlikləri
• Daxil olan zənglərin cavablandırılması
• Sığortalı müştərilərə telefonla konsultasiyanın verilməsi
• Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
• Tibbi və sığorta sənədləşdirilməsinin aparılması
İş şərtləri
• İş vaxtı: qrafiklə
• Səhər növbəsi operatoru, həftə ərzində 5 iş günü – netto əmək haqqı 550 AZN
• Gecə növbəsi operatoru, ay ərzində 8 - 10 iş günü – netto əmək haqqı 250 AZN
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
• Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.