Azərbaycanın “AtaSığorta” şirkəti cari ilin fevral ayı üzrə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, fevral ayında şirkətin sığorta yığımları 1 333 108 manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 65 792 manat və ya 4,7% az olub.
Yanvar ayında şirkət 1 398 900 manat toplamışdırsa, fevral ayında bu rəqəm 133 108 manatadək azalıb.
Hesabata əsasən, şirkət tərəfindən ötən ay ərzində müxtəlif sığorta hadisələri üzrə 715 691 manat həcmində ödəniş həyata keçirilib. Vəsaitlər əsasən, kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta növləri üzrə ödənilib.
“AtaSığorta”nın yığımları azalır
18:00
5 Mart 2018