“AtaSığorta” şirkətinin 2018-ci il fevral ayı üzrə sığorta yığımları 1 333 108 manat təşkil edib.
Şirkətdən verilən xəbərə görə, bu, yanvar ayı ilə müqayisədə 3,66% və ya 50,709 min manat azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə də şirkətin daxilolmalarında azalma qeydə alınıb. Belə ki, ötən illə müqayisədə sığorta haqları 0,71% və ya 9 507 manat azalıb.
Fevral ayı üzrə şirkətin sığorta ödənişlərində isə artım qeydə alınıb. Yanvar ayı ilə müqayisədə fevral sığorta ödənişləri 18% və ya 108 708 manat artaraq 715 691 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə də ödənişlər 35,1% və ya 185 823 manat artıb.
Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib