"PAŞA Həyat" işçi axtarırır
Struktur bölmə: Strategiya və investisiya departamenti/ Layihələrin idarəolunması şöbəsi
Vəzifə: Mütəxəssis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Son müraciət tarixi: 18 may 2018-ci il
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00- 18:00
Vəzifənin öhdəlikləri
- Şirkət üzrə layihələrin yerinə yetirilməsi üçün zəruri məlumatların toplanılmasında rəhbər şəxsə dəstək;
- Layihələr üzrə məlumatların təhlili və texniki tapşırığın texniki şərt hissəsinin yazılması;
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təhlil edilməsi və bu haqda rəhbərə məlumat verilməsi;
- Layihə üzrə zəruri sənədləşdirmə işlərinin aparılması.
Namizədə olan tələblər
İş təcrübəsi: Layihələrin idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, İnformasiya texnologiyaları üzrə ali təhsilə üstünlük verilir.
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, ingilis dilində sənədlərlə işləmək bacarığı və orta səviyyədə yazı və oxuma bacarıqları olmalı, rus dilində kafi səviyyədə danışma və oxuma bacarıqları olmalıdır.
Kompüter bilikləri: MS Office
Üstünlüklər: MS Visio və Excel proqramlarından yüksək səviyyədə istifadə bacarıqları olan şəxslərə üstünlük verilir.
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, müştəri yönümlülük, təqdimetmə bacarığı, yazı qabiliyyəti, etibarlılıq və Şirkətə sədaqətlilik, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Vakansiya üçün müraciət qaydası CV-lər “PMO” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.