Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
FED.az Fonda könüllü ödəmə edən sığorta şirkətlərinin siyahısını təqdim edir.
AzRE təkrasığorta şirkəti - 1 milyon manat
Qala Sığorta - 100 min manat
Qala Həyat Sığorta - 100 min manat
Amrahsığorta - 100 min manat
Atəşgah Sığorta - 100 min manat
PAŞA Sığorta - 100 min manat
PAŞA Həyat - 100 min manat
Günay Sığorta - 100 min manat
Meqa Sığorta - 100 min manat
Standard Insurance - 50 min manat
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.