Azərbaycanda könüllü fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar və ödənişlərin məbləği məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 252 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 335 min manat və ya 36% çoxdur.
2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 917 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 123 min manat təşkil edib. Ödənişlərdə illik müqayisədə 83 min manat və ya 3 dəfə artım olub.
Hesabat dövründə zərərlilik göstəricisi isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 9,9%-ə yüksəlib.